Kirayəsi 10 min manata mənzil – FOTO

Kirayəsi 10 min manata mənzil – FOTO

Hazırda oxunan: Kirayəsi 10 min manata mənzil – FOTO
574984
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Təhsil mövsümünün başlaması ilə paytaxtın kirayə mənzil bazarında bahalaşma tendensiyası daha da sürətlənib. Hazırda Bakının bir çox ərazilərində kirayə mənzil tapmaq müşkülə çevrilib.

Bizim.Media “Yeni Sabah.az”a istinadən xəbər verir ki, şəhərin elə əraziləri var ki, orada təklif olunan kirayə mənzillərin aylıq qiyməti əsla tələbə cibi üçün deyil.
 

“Şah İsmayıl Xətai” metrostansiyasının yaxınlığındakı massivində ümumi sahəsi 370 kvardatmetr olan 4 otaqlı mənzilin aylıq kirayə qiyməti nə az, nə çox, düz 10 min manata təklif olunur.  


Sözügedən ev 32 mərtəbəli binanın 26-cı mərtəbəsində yerləşir.

Elanda yer alan məlumatlara görə, bina 24 saat mühafizə xidməti ilə təmin edilib. Evin altında sakinlərin istifadəsi üçün qaraj fəaliyyət göstərir. Sözügedən bina məktəb, bağça və iaşə məntəqələrinin yaxınlığındadır.

Sözügedən intensiv qiymət artımı tendensiyasını nəzərə alsaq, yaxın vaxtlarda elan saytlarında bu qəbildən olan kirayə mənzil qiymətlərini tez-tez görəcəyimiz şübhə doğurmur.

Kirayəsi 10 min manata mənzil – FOTO - foto 1
Kirayəsi 10 min manata mənzil – FOTO - foto 2
Kirayəsi 10 min manata mənzil – FOTO - foto 3
Kirayəsi 10 min manata mənzil – FOTO - foto 4
Kirayəsi 10 min manata mənzil – FOTO - foto 5

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO