DSMF-nin bu il əmək pensiyalarına xərclədiyi vəsaitin MƏBLƏĞİ

DSMF-nin bu il əmək pensiyalarına xərclədiyi vəsaitin MƏBLƏĞİ

Hazırda oxunan: DSMF-nin bu il əmək pensiyalarına xərclədiyi vəsaitin MƏBLƏĞİ

53015

“Dövlət Sosial Müdafiə Fondunun (DSMF) builki xərcləri 4841 mln. manat təşkil edib”.

Bizim.Media-nın məlumatına görə, bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov 2021-ci ilin yekunlarına dair keçirilən mətbuat konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu, ötən illə müqyisədə 2,8 faiz və ya 130 mln. manat çox olub. "Xərclərin 4716 mln. manatını əhaliyə ödənişlər təşkil edib. Bu, ötən illə müayisədə 2,8 faiz və ya 129 mln. manat çoxdur.

O cümlədən 4591 mln. manatını əmək pensiyaları (ötən illə müqayisədə 2,6 faiz və ya 117 mln. manat çox), 125 mln. manatını məcburi dövlət sosial sığorta üzrə müavinət (ötən illə müqayisədə 10,4 faiz və ya 12 mln. manat çox), 125 mln. manatını digər xərclər (ötən illə müqayisədə 0,6 faiz və ya 0,8 mln. manat çox) təşkil edib.

Xərclərin 95 faizini əmək pensiyaları, 2 faizini məcburi dövlət sosial sığorta üzrə müavinətlər, 3 faizini isə digər xərclər təşkil edib", - deyə H.Məmişov vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO