Azərbaycanın qiymətli kağızlar bazarı 39% böyüyüb

Azərbaycanın qiymətli kağızlar bazarı 39% böyüyüb

Hazırda oxunan: Azərbaycanın qiymətli kağızlar bazarı 39% böyüyüb
42668
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu ilin yanvar-sentyabr aylarlarında Azərbaycanın qiymətli kağızlar bazarında 12 701,3 milyon manatlıq əməliyyat aparılıb.

Bizim.Media Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 38,8% çoxdur.

9 aylıq göstəricinin 6 261,7 milyon manatlıq hissəsi ilkin bazarda (təxminən 9,4% çox), 6 439,6 milyon manatlıq hissəsi isə təkrar bazarda (88,2% çox) formalaşıb.

Hesabaat dövründə qiymətli kağızlar bazarında 8 921 əqd bağlanılıb. Bu illik müqayisədə 2,1 dəfə çoxdur. Əqdlərin 1 410-u ilkin bazarın (42,7% çox), 7 511-i isə təkrar bazarın (2,3 dəfə çox) payına düşüb.

Yanvar-sentyabr aylarında Azərbaycanın qiymətli kağızlar bazarında aparılmış əməliyyatların 6 208,4 milyon manatlıq hissəsi və yaxud 48,9%-i dövlət qiymətli kağızlarının, 1 081,7 milyon manatlıq hissəsi və yaxud 8,5%-i korporativ qiymətli kağızların, 5 411,2 milyon manatlıq hissəsi və yaxud 42,6%-i isə repo əməliyyatlarının payına düşüb. Bu, 1 il əvvələ nisbətən müvafiq olaraq 9,7% çox, 48,8 az və 3,9 dəfə çoxdur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO