Kiloqramı min avro: Dünyanın ən bahalı pendiri nədən hazırlanır?

Kiloqramı min avro: Dünyanın ən bahalı pendiri nədən hazırlanır?

Hazırda oxunan: Kiloqramı min avro: Dünyanın ən bahalı pendiri nədən hazırlanır?
256162
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Pule pendiri dünyanın ən bahalı pendiridir, onun kiloqramı orta hesabla 1 000-1 300 avroya başa gəlir. Bu pendirin əsas özəlliyi ondan ibarətdir ki, o, dünyanın yalnız bir yerində, özü də inək südündən deyil, eşşək və keçi südündən hazırlanır.

Bizim.Media xəbər verir ki, bu barədə "IFLScience" yazır.

Pule pendirinin yüksək qiymətinin sirri onun istehsal prosesində və əsas tərkib hissəsindədir.
 

Dünyanın ən bahalı bu pendirinin 60%-i Balkan eşşəyinin südü və 40%-i keçi südündən ibarətdir. Eşşəklər inəklərdən qat-qat az, gündə ən çox 2 litr süd verir. Eşşəklərin sağılması üçün xüsusi avadanlıq yoxdur, buna görə də Serbiyadakı fermerlər Pule pendiri üçün südü çətinliklə əldə edirlər. 1 kq Pule pendiri hazırlamaq üçün 25 litr eşşək südü lazımdır.


Pule pendiri fermerlər tərəfindən yalnız Serbiyanın şimal-qərbində, Belqraddan 80 km aralıda yerləşən Zasavitsa adlı təbiət qoruğunda istehsal olunur. Bu pendir zərif, azca duzlu dada, həmçinin qaymaqlı tekstura malikdir. Pule pendiri omeqa-3 yağ turşuları, zülallar və kalsiumla zəngindir. (oxu.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO