Manatın məzənnəsi haqda kritik proqnoz – Fərq az olsa da…

Manatın məzənnəsi haqda kritik proqnoz – Fərq az olsa da…

Hazırda oxunan: Manatın məzənnəsi haqda kritik proqnoz – Fərq az olsa da…
253219
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycanda dövriyyədə olan nağd pul və bank ehtiyatlarında cüzi azalma qeydə alınıb. Belə ki, u20602025-ci ilin may ayında pul bazası 89,6 milyon manat və ya 0,7 faiz azalıb. Bildirilir ki, bu göstərici iqtisadiyyatın pul siyasətindəki dəyişiklikləri və bazar şəraitini əks etdirir.

Sözügedən tendensiya yaxın aylarda iqtisadi aktivliyə necə təsir edə bilər?

Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı “Globalinfo.az”a danışan iqtisadçı Elçin Rəşidovun sözlərinə görə, bu proses manatın dövriyyədə həcminin artması ilə müşayiət olunub:

“Bu, hazırda monetar siyasətin yaxşı işləməməyinə işarədir. Yəni Mərkəzi Bank pulların dövriyyəyə girməsinə şərait yaradır, amma istehlakçılar və biznesmenlər buna imkan vermir. Həmin vəsaitlərdən istehlak, yaxud biznesə yatırım məqsədilə istifadə etmirlər və buraxılan pul dövr etmir. Beləliklə, likvidlik tələsi yaranır və bu da inflyasiya ilə nəticələnir”.

İqtisadçı bildirib ki, manatın real və nominal effektiv məzənnəsi ötən illə müqayisədə azalıb:

“2024-cü illə müqayisədə yaranan az fərq müsbət əlamət olsa da, yüksək səviyyədə olması ölkə iqtisadiyyatını rəqabətli etmir. Bu vəziyyət qeyri-neft sektorunun istehsal və ixrac potensialına mənfi təsir göstərir. Real effektiv məzənnənin hesablanmasında inflyasiya rəqəmləri də nəzərə alındığı üçün ehtiyatlı olmaq vacibdir. Bu məlumatlar isə Dövlət Statistika Komitəsindən əldə edilir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO