“Bunu nə ABŞ-ın, nə də Rusiyanın acığına etmirik”

“Bunu nə ABŞ-ın, nə də Rusiyanın acığına etmirik”

Hazırda oxunan: “Bunu nə ABŞ-ın, nə də Rusiyanın acığına etmirik”

244321

Məlum olduğu kimi, Azərbaycan Türkiyənin İzmir şəhərində “Star” zavodunun açılışını edib.xa0 Türkiyənin iqtisadiyyatında mühüm rol oynayan zavodun açılışında Azərbaycan və Türkiyənin dövlət başçıları da iştirak edərək, bu nəhəng layihəyə xeyir-dua veriblər.

ABŞ-ın Türkiyəyə qarşı bəzi sanksiyalar tətbiq etdiyi indikli dönəmdə Azərbaycanın qardaş ölkədə gerçəkləşdirdiyi bu addım Türkiyəyə iqtisadi baxımla yanaşı, həm də siyasi mənada verilən dəstək hesab edilə bilərmi?

Moderator.az-a açıqlama verən millət vəkili Fazil Mustafa “Star” zavodunun açılışının iki dövlət arasındakı iqtisadi əməkdaşlıq və qardaşlıq münasibəti fonunda həyata keçirildiyini vurğuladı:

“Bunu ABŞ-la bağlı məsələyə qarışdırmaq doğru olmaz. Elə məsələ var ki, biz ona fərqli şəkildə baxmalıyıq. Buna Türkiyə və Azərbaycanın strateji kursu kimi yanaşmalıyıq. Türkiyənin güclənməsi Azərbaycanın güclənməsi deməkdir. Buna görə də Türkiyəyə yatırılan hər bir sərmayə Azərbaycanın özünə yatırılan sərmayə qədər əhəmiyyətlidir. Burada iqtisadi fayda çox da böyük olmaya bilər. Amma siyasi, iqtisadi, mənəvi cəhətdən burada uduzmuruq. Biz öz resurslarımızı qardaşımızla paylaşırıq kimi hərəkət edirik.

ABŞ-la Azərbaycanın normal münasibəti var. Biz bunu nə ABŞ-ın, nə Rusiyanın acığına etmirik. Bu, bizim özümüzün istəyimizdir. Biz müstəqil dövlətik. Bu cür istəyirik və öz resurslarımızı bizim üçün böyük əhəmiyyət kəsb edən Türkiyə ilə paylaşırıq. Bizim əməkdaşlığımız üçüncü bir tərəfin maraqlarının əleyhinə yönəlməyib”.

xa0

Seymur ƏLİYEV

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO