"City Garden Narimanov"da təmir işlərinin hansı mərhələdə olduğu açıqlandı

Hazırda oxunan: "City Garden Narimanov"da təmir işlərinin hansı mərhələdə olduğu açıqlandı

176258

Geniş imkanlara malik yaşayış kompleksi “City Garden Narimanov”da təmir işləri sürətlə davam edir! 

Satış ofisindən aldığımız məlumata əsasən deyə bilərik ki, layihənin birinci hissəsindəki binalarda daxili hörgü işləri tamamlanıb, divarlara yenilənmiş səs izolyasiya sistemi tətbiq edilib. Həmçinin mənzillərə kabel sistemi çəkilib. 


Yaxın günlərdə təmirin sonuncu mərhələsinə keçid olunacaq. Kafel, parket işləri start götürəcək, boya işlərinə başlanılacaq. Qeyd edək ki, “City Garden Narimanov”un təmir-tikintisində məşhur dünya markalarından istifadə edilir. Bu markalardan bəziləri aşağıdakılardır.


Hamam aksesuarları Almaniya istehsalı “Grohe” və “Hansgrohe”, pəncərə şüşələri Amerika markası “Guardian Glass”, kabel sistemi İtaliya markası “Prysmian” yanmayan kabelləri, parketlər Kanada markası “Coswick”, elektrik açarları və aksesuarları İtaliya istehsalı “Gewiss”dir. 


Coğrafi olaraq Bakının mərkəzində yerləşən “City Garden Narimanov” Heydər Əliyev prospektinin yaxınlığında, Nəriman Nərimanov metrostansiyasına qısa məsafədədir. Şəki dairəsindən çəkiləcək yeni yol və tunel sayəsində kompleksə daha qısa zaman ərzində çatacaqsınız. 


İndi “City Garden Narimanov” satış mərkəzinə yaxınlaşaraq şəxsi büdcənizə uyğun aylıq ödəniş məbləği təyin edərək tam təmirli, premium mənzil sahibi ola bilərsiniz. Satış mərkəzi layihənin daxilində yerləşir və siz bura gələrək həm də inşaatla yaxından tanış ola bilərsiniz. 

*1544 / 050 293 10 10

www.kristalabsheron.az

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO