Çörək daha da UCUZLAŞACAQ – BU TARİXDƏ 

Çörək daha da UCUZLAŞACAQ – BU TARİXDƏ 

Hazırda oxunan: Çörək daha da UCUZLAŞACAQ – BU TARİXDƏ 

162147

Artıq neçə gündür ki, bir çox pərakəndə satış məntəqələrində “zavod çörəyi” 60 yox, 55 qəpiyə satılır. Bu da o deməkdir ki, çörək növbəti dəfə 9 faiz ucuzlaşıb. 

Bəs, bu ucuzlaşmanın səbəbi nədir?

Məsələyə Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli aydınlıq gətirdi. 

Bizim.Media-ya açıqlamasında o bildirdi ki, çörəyin sonuncu dəfə bahalaşmasından sonra Azərbaycanda unun qiyməti 40 faiz ucuzlaşıb:
 

MÖVZU İLƏ BAĞLI:

Ölkədə bir sıra məhsullar BAHALAŞIB - RƏSMİ 


“Bu da sözsüz ki, çörəyin maya dəyərinə öz təsirini göstərir. Bir vaxtlar 50 kiloqramlıq un kisəsinin qiyməti 40 manat idisə, indi bu qiymət 26-27 manat arasında dəyişir. Əgər un kisəsinin qiymətində14 manat fərq yaranıbsa, bu da təbii ki, çörəyin qiymətinə təsirsiz ötüşmür. Təsadüfi deyil ki, son bir ildə “zavod çörəyi”nin qiyməti  hər dəfə 5 qəpik olmaqla 3 dəfə ucuzlaşıb. Nəzərə alaq  ki, “zavod çörəyi”nin maya dəyəri 30 qəpik ətrafındadır”.

Akif Nəsirli onu da əlavə edib ki, 2021-ci ilin eyni dövrü ilə müqayisədə taxılın qiyməti 40, ötən ilin eyni dövrü ilə müqayisədə isə 28 faiz ucuzlaşıb:

“Bu qədər ucuzlaşma fonunda çörəyin qiymətinin cəmi 20 faizə yaxın ucuzlaşması çox azdır. Deməyim odur ki, hazırda “zavod çörəyi” maya dəyərindən 25 qəpik baha satılır. Bu da o deməkdir ki, çörək maya dəyərindən təxminən 2 dəfəyə yaxın baha satılır. Ona görə də çörəyin növbəti aylarda da ucuzlaşması gözləniləndir”.

Surxay Atakişiyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO