Bankların sahibkarlıq kreditləri üzrə FAİZ DƏRƏCƏLƏRİ – Hansı daha sərfəlidir? – ARAŞDIRMA  

Hazırda oxunan: Bankların sahibkarlıq kreditləri üzrə FAİZ DƏRƏCƏLƏRİ – Hansı daha sərfəlidir? – ARAŞDIRMA  

153746

Azərbaycanın kommersiya banklarının kiçik və orta sahibkarlığın inkişafı məqsədilə ayırdığı vəsaitlər və illik faiz dərəcələri ilə bağlı ayrı-ayrı vaxtlarda narazılıqlar yaranıb. Bəzi insanlar bu kreditlərin faiz dərəcələrin yüksək olduğunu bildirirlər. 

Bəs bu sahədə əsl vəziyyət necədir? 

Bizim.Media olaraq bu suala cavab tapmaq üçün bir neçə aparıcı kommersiya bankları arasında araşdırma aparıb:

Kapital Bank

Bu təşkilatın kiçik bizneslə məşğul olan şəxslər üçün nəzərdə tutduğu kreditin məbləği 1000 – 100 min manat arasında dəyişir, illik faiz dərəcəsi isə 16 faizdən başlayır, amma təminat və kredit tarixçəsinə görə dəyişə bilər.

Müddəti 36 ayadək nəzərdə tutulmuş kreditin ödənişlərini hissələrə bölməklə ödəmək olur. Mikro kredit əldə etmək istəyən şəxslər üçün başlıca şərtlər - minimum 12 ay sahibkarlıq və peşə fəaliyyəti ilə məşğul olmalıdır. Həmin şəxs VÖEN hesabı, yaşı isə 20 - dən yuxarı olmalıdır.

Kapital Bank bu kredit növünü əsasən kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən şəxslərə “Aqro kredit”, o cümlədən öz peşəsi üzrə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyənlərə “Peşə krediti” Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) xətti ilə “AKİA krediti” adı ilə təqdim edir. 
Aqro kreditin məbləği 1000 – 100 000 manat arasında dəyişir. İllik faiz dərəcəsi 16 faizdən 28 faizədək, müddəti isə 6 aydan 36 aya qədərdir. Belə ki, aqro-sahibkarlıqla məşğul olmaq istəyən şəxs 36 ay 10 000 manat məbləğində kredit əldə etmək istəyirsə, illik 16 faizlə aylıq 351 manat ödəniş etməlidir.

Yaxud 30 000 manat əldə etmə istəyirsə, o zaman aylıq ödənişi də artacaq. Yəni, 36 ay müddətinə bu vəsaiti almaq istəyən şəxs illik 16 faizlə hər ay 703 manatından keçməlidir.   

Peşə kreditinin məbləği 1000 manatdan 30 000 min manat arasındadır. İllik faiz dərəcəsi 20-28 faiz arasında, müddəti isə 6 aydan 36 aya qədərdir. Bu sahədə orta səviyyədə iş qurmaq istəyən şəxs 10 000 manat üçün illik 20 faizlə 12 ay müddətinə aylıq 936 manat, 20 ay müddətinə 602 manat, 24 ay müddətinə isə 518 manat ödəməlidir. İllik faiz dərəcəsi artdıqca aylıq ödəniş də artır.

AKİA kreditinin məbləği 1000 – 15 min manat arasında, illik faiz dərəcəsi 12 faiz, ödəniş müddəti isə 3-36 ay arasında dəyişir. 12 aya qədər isə güzəşt müddəti təyin edilir. 
Bu bankdan 6000 manat əldə etmək istəyən sahibkar bunu 12 ay ərzində ödəmək fikrinə düşsə, o zaman illik 12 faizlə hər ay 561 manatdan çox ödəniş etməli olacaq.

Yaxud 11 000 manat üçün müraciət edirsə və ödənişi 36 aya böldürmək istəyirsə, o zaman illik 12 faizlə hər ay 420 manat ödəyəcək. Əgər 15 min manatın hamısına iddialıdırsa, o zaman bu məbləğ 36 aya bölünəcək və illik 12 faizlə aylıq 573 manata qədər ödəniş etməlidir. 

Unibank

Bu bankda kiçik və orta sahibkarlar üçün ayırdığı kreditin minimal məbləği illik 5 faizlə 500 manat, maksimum məbləği isə 50 000 manatdır. Ödəmə müddəti isə 48 aya qədərdir.  

Öz sahəsində iş qurmaq istəyən şəxs 20 000 manatla əldə etmək üçün müraciət edirsə, 48 ay müddətinə illik 5 faizlə hər ay 460 manat ödəniş etməlidir. 50 000 manatın hamısını əldə etmək isyərisə, o zaman həmin şərtlərlə ayda 1151 manat ödəniş etməli olacaq. 

Paşa Bank

Bu bank iki cür biznes krediti təklif edir. Bunlardan biri “Onlayn biznes krediti”, digəri isə “Ticarət kredit xətti”dir. 

“Onlayn biznes krediti” üçün sahibkar onlayn qaydada müraciət etməlidir. Bu kreditin 250 000 manata, ödəniş müddəti isə 24 aya qədərdir. İllik faiz dərəcəsi də 12-17 faiz arasındadır və heç bir girov tələb olunmur. 

Əgər bir şəxs öz biznesini qurmaq üçün banka 13 000 manat üçün müraciət edirsə, o zaman məbləğ 24 aya bölünür və illik 17 faizlə ayda 642 manat ödəmə tələbi qoyulur. Yaxud  100 000 manat almaq istəyirsə, eyni şərtlərlə ildə 4944 manat ödəməli olacaq. 
“Ticarət kredit xətti” ilə müraciət edən şəxslərə 50 000 manata qədər vəsait təklif olunur. Bu məbləğin illik dərəcəsi 24 faiz, ödəniş müddəti 12 aydır. Bir fərqi budur ki, hər istifadə üşn 1 faizlik komissiya haqqı tutulur. 

Express Bank

Bu bankda kiçik və orta sahibkarlar üçün 30 000 manatdan başlayan kreditlər təklif olunur. İllik faiz dərəcəsi 20-25 faiz arasında dəyişir və ödəmə müddəti 36 aya qədərdir. 

AFB Bank

Bank bu sahədə 3 kredit növü təklif edir ki, bunlardan biri də “Mikrokredit”dir. Sənaye, istehsalat, xidmət, ticarət, yükdaşıma, balıqçılıq və kənd təsərrüfatı sektorlarında çalışan sahibkarlar bundan yararlana bilərlər.

Kreditin minimal məbləği 500, maksimal məbləği isə 30 000 manatdır. Ödəmə müddəti 3-48 ay arasındadır. Faiz dərəcəsi 18 faizdən başlayır və 1 faizlik komissiya haqqı tutulur. 21 yaşdan 65 yaşa qədər hər kəs bu kreditdən yararlana bilər. 

Aqrar sahədə iş qurmaq istəyən vətəndaşlar üçünsə “Aqro kredit” növü təklif olunur. Minimal məbləği 300 manat, maksimal məbləği isə 30 000 manatdır. Ödəmə müddəti 3-36 ay, illik dərəcəsi 22 faiz, komissiya haqqı isə 1 faizdir. Bu vəsaiti 20-65 yaş arası hər kəs əldə edə bilər. 
“Kiçik və orta sahibkarlıq” kreditinin məbləği 30 000 manatdan 250 000 manata qədərdir. Bu məbləği avro və dollarla da əldə etmək mümkündür.

Ödəmə müddəti 6-36 ay, illik dərəcəsi 17-18 faiz, komissiya haqqı 1 faiz, yaş həddi isə 21-65 yaş arasında dəyişir.   

Bank Respublika

Sahibkarlıqla məşğul olmaq istəyən müştərilərinə 2 növ  - “Fermer krediti”, “Mikro və aqro kredit” təklif edir.

Fermer kreditinin məbləği 300 manatdan  20 000 manata qədərdir. Bu vəsaiti dollarla da əldə etmək mümkündür. Ödəmə müddəti 12 ay, illik dərəcəsi isə 12 faizdən başlayır. 9 aya qədər güzəşt müddəti təyin edilir. Bu vəsaitin müqabilində bank müştəridən bəzi təminatlar tələb edir.

Bunlar zaminlik, qızıl, daşınmaz əmlak, nəqliyyat vasitələri, depozit, ev əşyaları, dövriyyə malları və əsas vəsaitlərdir. Ödəniş şərtləri müştərinin istəyindən və fermer təsərrüfatının strukturundan asılı olaraq dəyişir. 

Mikro və aqro kreditin məbləği 500 manatdan 50 000 manata qədər və ya 10 000 ABŞ dollarına qədərdir. Müddəti 36 aya qədərdir, illik dərəcəsi 10 faizdən başlayır və 1,5 faizə qədər komissiya haqqı tutulur. Bu vəsaiti əsasən ticarət, aqrar, xidmət, istehsal və tikinti sektorlarına yönəltmək olar. Təminat şərtləri “fermer krediti”ndə olduğu kimidir. 
Araşdırmadan da göründüyü kimi, bankların kiçik və sahibkarlıq, eləcə də mikro məqsədlə ayırdığı kreditlərin illik faiz dərəcələri çox yüksəkdir. 

Rövşən Ziya, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO