Azərbaycanla Rusiya arasında iqtisadi əməkdaşlığın gücləndirilməsi istiqamətləri müzakirə edildi

Azərbaycanla Rusiya arasında iqtisadi əməkdaşlığın gücləndirilməsi istiqamətləri müzakirə edildi

Hazırda oxunan: Azərbaycanla Rusiya arasında iqtisadi əməkdaşlığın gücləndirilməsi istiqamətləri müzakirə edildi

121295

Azərbaycanla Rusiya arasında bir sıra sahələrdə iqtisadi əməkdaşlığın gücləndirilməsi istiqamətləri müzakirə olunub.

Bizim.Media İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyevin rəhbərliyi ilə nümayəndə heyəti Rusiyada səfərdədir. Səfər çərçivəsində bir sıra görüşlər keçirilib, müzakirələr aparılıb.

Rusiyanın iqtisadi inkişaf nazirinin müavini Dmitri Volvaçla görüşdə Azərbaycan-Rusiya iqtisadi-ticarət əlaqələrinin hazırkı vəziyyəti və genişləndirilməsi istiqamətləri müzakirə olunub. 
Azərbaycan nümayəndə heyətinin Rusiyanın sənaye və ticarət nazirinin müavini Aleksey Qruzdevlə görüşündə gəmiqayırma və metallurgiya sahəsində əməkdaşlıq məsələləri barədə fikir mübadiləsi aparılıb.

Rusiyaya səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Kazanda da olub. 

Rusiya Federasiyası Tatarıstan Respublikasının başçısı (rəisi) Rüstəm Minnixanov nümayəndə heyətini qəbul edib.

Görüşdə Azərbaycanın Rusiya Federasiyasının ayrı-ayrı regionları ilə qarşılıqlı faydalı əməkdaşlığı vurğulanıb, Tatarıstanla sənaye, innovasiyalar, kiçik və orta biznesin dəstəklənməsi və digər sahələrdə əlaqələrin inkişafı üçün geniş imkanların olduğu qeyd edilib.

Nümayəndə heyətinin Tatarıstanın sənaye və ticarət nazirliyinin nümayəndələri ilə keçirilən işgüzar görüşündə isə Birgə Hökumətlərarası Komissiyanın növbəti iclasının keçirilməsi, sənaye zonaları sahəsində əlaqələrin genişləndirilməsi və digər məsələlər barədə fikir mübadiləsi aparılıb.
Tatarıstan Respublikasına səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti əsası 2012-ci ildə qoyulan və xüsusi olaraq İT mütəxəssisləri üçün Rusiyada yaradılan ilk şəhər – İnnopolisin qabaqcıl innovativ texnologiyaları, “Ağıllı şəhər” konsepsiyasına əsaslanan infrastrukturu, eləcə də “Alabuqa” sənaye parkında istehsal prosesi, rezidentlər üçün yaradılmış şərait və investisiya mühiti ilə tanış olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO