DəmirBank filialları təhlükəsizlik sistemləri ilə təchiz olunub

DəmirBank filialları təhlükəsizlik sistemləri ilə təchiz olunub

Hazırda oxunan: DəmirBank filialları təhlükəsizlik sistemləri ilə təchiz olunub

121041
11 fevral 2015-ci il tarixində, axşam saat 23:00 radələrində DəmirBank-ın Şövkət Məmmədova küçəsi 10 ünvanında yerləşən “Binəqədi”x9d filialına qanunsuz daxilolma cəhdi olub. Oğru binaya daxil olmaq istədikdə mühafizə xidmətinin siqnalizasiyası işə düşüb və Binəqədi rayonu Mühafizə İdarəsinin polis əməkdaşları dərhal hadisə yerinə gələrək oğurluq cəhdi edən şəxsi yaxalayıblar. Hadisə zamanı Banka məxsus heç bir əmlaka əhəmiyyətli zərər vurulmamış və oğurlanmamışdır.

DəmirBank Daxili İşlər Nazirliyinin Baş mühafizə İdarəsinə Bankın əmlakının etibarlı qorunmasını təmin etdiklərinə görə böyük minnətdarlığını bildirir.

DəmirBank bəyan edir ki, qarşılıqlı əməkdaşlıq nəticəsində Bankın bütün filialları ən müasir siqnalizasiya sistemi ilə təchiz olunub və onların fasiləsiz mühafizəsi təmin olunur.

Bankla əlaqə saxlamaq üçün:

Məlumat Mərkəzi : (012) 149 www.demirbank.az www.facebook.com/demirbank.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO