Xanım Yadigarlı tutduğu vəzifədən AZAD OLUNDU

Xanım Yadigarlı tutduğu vəzifədən AZAD OLUNDU

Hazırda oxunan: Xanım Yadigarlı tutduğu vəzifədən AZAD OLUNDU

622666

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin Rəqəmsal kommunikasiya şöbəsinin rəhbəri Xanım Yadigarlı işdən çıxıb.

Bizim.Media xəbər verir ki, bu barədə onun özü sosial şəbəkə hesabında paylaşım edib.

X.Yadigarlı əvvəllər mərkəzin İctimaiyyətlə əlaqələr və protokol şöbəsinin müdiri olub.

“Bu il media və televiziya sahəsində fəaliyyətimin 15 ili tamam olur. Bu yolun son 5 ilə yaxın hissəsini isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən DOST Rəqəmsal İnnovasiyalar Mərkəzində əvvəlcə İctimaiyyətlə əlaqələr və protokol, daha sonra isə Rəqəmsal kommunikasiya şöbəsinin rəhbəri kimi çalışdım. Şəxsi təşəbbüsümlə bu fəaliyyətimi də artıq başa vurdum”, - o bildirib. (Ölkə.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO