Bakıda NATO-nun Mobil Təlim Qrupunun kursu keçirilir – FOTO

Bakıda NATO-nun Mobil Təlim Qrupunun kursu keçirilir – FOTO

Hazırda oxunan: Bakıda NATO-nun Mobil Təlim Qrupunun kursu keçirilir – FOTO
622615
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Müdafiə Nazirliyi və NATO arasında 2026-cı il üçün "Sülh Naminə Tərəfdaşlıq Proqramı"na əsasən, Bakıda NATO Quru Qoşunları Komandanlığının Mobil Təlim Qrupu tərəfindən kurs keçirilir.

Bu barədə Bizim.Media-ya Müdafiə Nazirliyindən məlumat verilib.
 

Bildirilib ki, hərbi qulluqçulara NATO-nun Mobil Təlim Qrupu tərəfindən "NATO-da təlim planlaşdırılması", "NATO standartlarında təlimlərin aparılması, məqsədlərin seçilməsi" və digər mövzularda brifinqlər təqdim edildikdən sonra qrup və fərdi şəkildə məşğələlər təşkil olunub.


Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitutunun Hərbi İdarəetmə Kursunun dinləyicilərinin cəlb olunduğu kursun əsas məqsədi hərbi qulluqçuların nəzəri və praktiki biliklərinin dövrün tələblərinə uyğun artırılması, müasir texnoloji həll üsul və vasitələrinin tətbiqinin tədris edilməsi, həmçinin iştirakçılara bu sahədə NATO standartları və prosedurlarının öyrədilməsidir.

Qeyd edək ki, kurs iyulun 2-dək davam edəcək.

Bakıda NATO-nun Mobil Təlim Qrupunun kursu keçirilir – FOTO - foto 1
Bakıda NATO-nun Mobil Təlim Qrupunun kursu keçirilir – FOTO - foto 2

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO