Tanınmış aktyor İTKİN DÜŞDÜ

Tanınmış aktyor İTKİN DÜŞDÜ

Hazırda oxunan: Tanınmış aktyor İTKİN DÜŞDÜ

622670

Məşhur rusiyalı aktyor, "Briqada" və "Bumer" kimi tanınmış layihələrin ulduzu Aleksandr Vısokovski Moskva vilayətində müəmmalı şəkildə yoxa çıxıb. Aktyorun itkin düşməsi barədə həyəcan təbili onun həyat yoldaşı Liliya və oğlu tərəfindən çalınıb.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Həyat yoldaşının sözlərinə görə, hadisə dünən baş verib. Aleksandr oğlu ilə birlikdə Oka çayının Puşino qumluğuna (yerli dildə vəhşi çimərlik kimi tanınan əraziyə) balıq tutmağa gedib. Sahildə balıq tutarkən aktyor bir qədər irəli gedib və gözlənilmədən gözdən itib. Oğlunun onu müstəqil şəkildə tapmaq cəhdləri heç bir nəticə verməyib.

Sənətçi çay kənarından geri qayıtmayıb. Liliya motorlu qayığı və exolotu (sualtı radar) olan hər kəsdən kömək istəyib.

KP.RU nəşrinə açıqlama verən Liliya qeyd edib ki, sözügedən qumluğun bir tərəfində Oki çayının axını çox güclüdür, digər tərəfi isə sakitdir. Lakin irəlidə axının daha da gücləndiyi burulğanlar və təhlükəli relyef dəyişiklikləri var.

Çayın bu hissələri xüsusilə təhlükəli hesab olunur, çünki lil qatı səbəbindən dərinlik qəfildən dəyişə bilir. Dayazlıqla gedən insan bir anda suyun altına bataraq boğula bilər.

Artıq hadisə yerinə exolotlarla təchiz olunmuş mütəxəssislər, eləcə də "Liza Alert" axtarış-xilasetmə dəstəsinin könüllüləri cəlb edilib. Puşino qumluğuna dalğıclar da gəlib. Hazırda aktyorun tapılması istiqamətində genişmiqyaslı axtarış işləri davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO