Milli Məclisin deputatları Ukrayna Ali Radasının vitse-spikeri ilə görüşdü – FOTO

Milli Məclisin deputatları Ukrayna Ali Radasının vitse-spikeri ilə görüşdü – FOTO

Hazırda oxunan: Milli Məclisin deputatları Ukrayna Ali Radasının vitse-spikeri ilə görüşdü – FOTO

622696

Azərbaycan Milli Məclisinin deputatlarından ibarət nümayəndə heyəti - Ukrayna ilə Parlamentlərarası Əlaqələr Qrupunun rəhbəri Əlibala Məhərrəmzadə və Müdafiə, Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin üzvü Erkin Qədirli Ukrayna Ali Radası spikerinin müavini Olena Kondratyukla görüşüblər.

Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporu məlumat yayıb.

Görüşdə Olena Kondratyuk ölkələrimiz arasında münasibətlərin dinamik inkişaf və həmrəylik mərhələsini yaşadığını qeyd edib.

Vitse-spiker Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə daim dəstək verdiyinə görə Azərbaycana səmimi qəlbdən minnətdarlığını bildirib:

“Ukrayna da həmişə Azərbaycana qarşı oxşar mövqe tutub. Xüsusilə, Ukraynanın enerji sektoruna dəstək üçün Azərbaycanın göstərdiyi humanitar yardımı yüksək qiymətləndiririk.

Amma söhbət təkcə enerji avadanlıqlarından getmir. Azərbaycanın müharibədən zərər çəkmiş ukraynalı uşaqlara köməyi çox səmimi və istidir. Onların arasında hərbçilərimizin övladları da var. 2022-ci ildən bəri Azərbaycan 600-dən çox ukraynalı uşağı istirahət və reabilitasiya üçün qəbul edib. İlk Ukrayna hərbçiləri də artıq bu ölkədə reabilitasiyadan keçiblər.

Xüsusilə, Azərbaycanın İrpin şəhərini yenidən qurmaq səyləri vacibdir. Kiyev vilayətinin İrpin şəhərində sosial obyektlərin tikintisi üçün humanitar layihələrin həyata keçirilməsinə davam etməyə hazır olduqlarına görə tərəfdaşlarımıza minnətdarıq”.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO