Türkiyə boğazlardan keçid haqqını növbəti dəfə artırdı

Türkiyə boğazlardan keçid haqqını növbəti dəfə artırdı

Hazırda oxunan: Türkiyə boğazlardan keçid haqqını növbəti dəfə artırdı

622629

Türkiyə Bosfor və Çanaqqala boğazlarından gəmilərin keçidi üçün alınan rüsumları 15% artırıb.

Bununla da tarif hər ton üçün 6,7 dollara yüksəlib.

Bizim.Media xəbər verir ki, bu, son dörd il ərzində qeydə alınan üçüncü qiymət artımıdır.

Müqayisə üçün qeyd edək ki, 2022-ci ilə qədər sözügedən tranzit haqqı onilliklər ərzində dəyişməz qalmışdı və hər ton üçün cəmi 0,8 dollar səviyyəsində tətbiq olunurdu.

Həmin dövrdən etibarən Ankara tarifləri mərhələli şəkildə artıraraq boğazların tranzitindən əldə etdiyi illik gəliri yüz milyonlarla dollara çatdırıb.

Xatırladaq ki, Bosfor və Çanaqqala boğazları Qara dəniz ilə Aralıq dənizini birləşdirən strateji regional marşrutdur və bu sulardan hər il təxminən 40 min gəmi keçid edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO