Dəhşət: Elektron siqaret çəkən məktəbli reanimasiyaya düşdü

Dəhşət: Elektron siqaret çəkən məktəbli reanimasiyaya düşdü

Hazırda oxunan: Dəhşət: Elektron siqaret çəkən məktəbli reanimasiyaya düşdü

622667

Rusiyanın Burvatiya Respublikasında elektron siqaret (veyp) çəkən 14 yaşlı məktəbli ağır vəziyyətdə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Elektron siqaretdən istifadə etdikdən qısa müddət sonra yeniyetmənin vəziyyəti qəfildən pisləşib. Onun bədənində qıcolmalar başlayıb, ağzından isə qanlı köpük gəlib.

Hadisə yerinə çağırılan təcili tibbi yardım briqadası azyaşlını dərhal xəstəxanaya çatdırıb.

Həkimlər məktəbliyə kəskin hipoksiya – beyinin oksigen aclığı diaqnozu qoyublar. Tibb işçilərinin sözlərinə görə, əgər xəstəxanaya çatdırılmada bir qədər də gecikmə olsaydı, yeniyetmə insult keçirə bilərdi.

Hazırda xəstəxanada saxlanılan məktəblinin vəziyyətinin stabil olduğu bildirilir. Hadisə ilə bağlı araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO