İspaniyada sərnişin avtobusu binaya çırpıldı: 43 yaralı var – VİDEO

İspaniyada sərnişin avtobusu binaya çırpıldı: 43 yaralı var – VİDEO

Hazırda oxunan: İspaniyada sərnişin avtobusu binaya çırpıldı: 43 yaralı var – VİDEO

622628

İspaniyanın Leyda (Lleida) şəhərində sərnişin avtobusunun binaya çırpılması nəticəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media xəbər verir ki, qəza nəticəsində ən azı 43 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bu barədə məlumatı "Europa Press" agentliyi yayıb.

Hadisə yerinə dərhal təcili tibbi yardım, yanğınsöndürən və polis briqadaları cəlb olunub. Yaralılar xəstəxanalara təxliyə ediliblər.

Hazırda rəsmi qurumlar tərəfindən dəhşətli qəzanın başvermə səbəbləri və təfərrüatları araşdırılır.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO