Musiqi üzrə qabiliyyət imtahanı verənlərin NƏZƏRİNƏ

Musiqi üzrə qabiliyyət imtahanı verənlərin NƏZƏRİNƏ

Hazırda oxunan: Musiqi üzrə qabiliyyət imtahanı verənlərin NƏZƏRİNƏ

622701

Bülbül adına Orta İxtisas Musiqi Məktəbində ali təhsil müəssisələrinin V ixtisas qrupuna aid musiqi sənəti istiqaməti üzrə qabiliyyət imtahanlarına iyunun 1-dən start verilib.

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.
 

Bildirilib ki, imtahana gələn abituriyentlər (subbakalavrlar) özləri ilə şəxsiyyət vəsiqəsinin əsli, "Qabiliyyət imtahanına buraxılış vərəqəsi ", "Proqram forması", musiqi aləti (fortepiano aləti istisna olmaqla) və ifa edəcəyi əsərlərin notlarını mütləq gətirməlidirlər.


İxtisas imtahanında abituriyent proqramı ifa etməli, ifaçılıq qabiliyyətini və səhnə mədəniyyətini nümayiş etdirməlidir. İmtahan proqramı konsertmeysterin müşayiəti ilə ifa edilməlidir.

Abituriyentləri müşayiət edəcək konsertmeysterlər verilən linkə (//eservices.dim.gov.az/wpfqab/) keçid edərək qeydiyyatdan keçməlidirlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO