Nefti tükənən ölkənin tükənməz potensialı  - Bakı-Tiflis-Qars

Nefti tükənən ölkənin tükənməz potensialı - Bakı-Tiflis-Qars

Hazırda oxunan: Nefti tükənən ölkənin tükənməz potensialı - Bakı-Tiflis-Qars

113835
İkinci devalvasiyanın çaşqınlıq yaradan təsiri altında hökumətin qəpiyə güllə atdığı bir vaxtda prezident İlham Əliyev tərəfindən ölkənin strateji hədəflərinə xüsusi diqqətini ifadə edən qərarın verilməsi yaşadığımız təlatümlü həftənin ən xoş məqamları kimi gündəmə damğasını vurdu.

Xatırladaq ki, prezident İlham Əliyev dekabrın 29-da “Dövlət Neft Fondunun 2016-cı il büdcəsi haqqında”x9d Fərman imzalayıb və fond tərəfindən 2016-cı ildə Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsinə 137 milyon 621,7 min manat vəsait sərf olunması həmin sənəddə öz əksini tapıb. 

Əslində bu addım Azərbaycanın postneft dövrünün cızılmaqda olan, hələ konturları sonadək bəlli olmasa belə cingiltisi parıltısına qarışan dəmiryol şəbəkələrinin yer aldığı yenilənməkdə olan xəritəsinin nikbin ovqat yaradan görüntüləridir. 


Əlbəttə, qeyri - neft sektorunun inkişafının zəruriliyi hətta neft milyardlarının Azərbaycana sürətli axını zamanı da hökuməti düşündürməyə bilməzdi və təkcə iqtisadçılar deyil, sadə insanlar da əvvəlcədən neftin neçə vaxtdan sonra nə qədər azalacağını, bir sözlə, tükənməz sərvət olmadığını bilirdilər. Ona görə də ötən dövr ərzində hökumət tərəfindən dar gün üçün çoxsaylı təşəbbüslərin və neftdənkənar ixrac potensallı məhuslların istehsalının reallşadığını da etiraf etmək lazımdır. Doğrudur, bu məhsullar faiz nisbətində hələ də neft - qaz məhsullarının kölgəsində qalır. Amma istənilən halda təkcə yuxarıda adı çəkilən Bakı ”“ Tiflis - Qars layihəsini yada salmaq kifayətdir ki, neftin azalacağı, ölkəni 21 fevral və 21 dekabr devalvasiyalarının haqlayacağı çətin günlərdə üzümüzü güldürən və gələcəyə inamımızı artıran nəhəng bir layihənin həyata vəsiqə qazanmaqda olduğundan qürurla bəhs edək.  


Biz adətən qeyri-neft sektorunun inkişafından danışarkən daha çox kənd təsərrüfatını və emal sənayesini nəzərdə tuturuq. Bu da təbiidir, çünki hələ də sənaye ölkəsi deyilik və işlək əhalinin yarıdan çoxu bu gün də kənd təsərrüfatında çalışmaqdadır. Amma diqqətlə analiz etdikdə görmək olar ki, hələ bir neçə il öncə inşasına başlanılan Bakı ”“ Tiflis - Qars dəmiryolu xətti Çindən Londonadək Asiyanı Avropa ilə birləşdirəcək tarixi İpək Yoluna ikinci həyat verməklə yanaşı yüklərin ən qısa yolla və aşağı tariflərlə daşınması baxımından da bu marşrutdan istifadə edəcək bütün ölkələrə külli miqdarda vəsait gətirəcək. Bu layihənin əsas təşəbbüskarı olan Azərbaycanınsa qazancı təkcə iqtisadi deyil, həm də siyasi mahiyyət daşıyacaq və tranzit ölkə kimi neftin azalmasından itirdiyimiz vəsaitlərin əhəmiyyətli hissəsini əldə edəcəyimizlə yanaşı dünyanın əsas oyunçularından biri kimi də beynəlxalq nüfuz sahibinə çevriləcəyik. Bu gün qütblərarası savaşın qızışdığı, obrazlı desək, bu dəyirmanın hələ çox su aparacağı indiki müəmmalarla dolu dünyada enerji dəhlizləri kimi nəqliyat dəhlizləri də xüsusi önəm kəsb etməyə başlayıb və Azərbaycanın unikal geostrateji mövqeyi ilə yanaşı bu layihənin əsas memarlarından biri kimi çıxış etməsi İlham Əliyevin uzaqgörən strateji seçimindən xəbər verir. 


Onu da qeyd etmək yerinə düşər ki, 36 illik embarqodan qurtulan İran da Azərbaycanın dəmiryolu şəbəkəsi üzərindən qoca qitəyə çıxış əldə etməkdə maraqlıdır və son dövrlər Bakı - Tehran münasibətlərindəki yaxınlaşma, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovun son dövrlərdə bir neçə dəfə Tehranda məhsuldar danışıqlar aparması, iki ölkənin vahid dəmiryolu şəbəkəsinin yaradılması istiqamətində atılan ciddi addımlar onu iddia etməyə əsas verir ki, postneft dövründəki iqtisadiyyatımız dəmir relslər üzərində yeni inkişaf mərhələsinə qədəm qoyacaq.


Xatırladaq ki, dekabrın 21-də Tehranda “Şimal-Cənub”x9d Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində Astaraçay üzərində Astara (Azərbaycan) - Astara (İran) dəmir yolu körpusu tikinti layihəsi üzrə Azərbaycan və İİR Dəmir Yollarının İşçi Qurupunun iclası keçirilib. Qərara alınıb ki, Azərbaycandan İrana gedən istiqamətdə 1520 mm standartlı dəmir yolu xətti sağda, 1435 mm standartlı dəmir yolu xətti isə sol tərəfdə yerləşəcək. İrandan Azərbaycan istiqamətində isə 1520 mm standartlı dəmir yolu solda, 1435 mm standartlı dəmir yolu xətti isə sağda yerləşəcək. Yolun Azərbaycan ərazisinə düşən 8,3 kilometrlik hissəsini və 1 körpünün tikintisini Azərbaycan tərəfi həyata keçirəcək...

Prezident İlham Əliyevin dekabrın birinci ongünlüyündə Çin Xalq Respublikasına səfərində də əsas müzakirə predmetlərindən biri Çindən Avropaya daşınacaq yüklərin Azərbaycan üzərindən keçməsiylə bağlı ilkin razılaşmaların əldə olunması rəsmi Bakının bu məsələyə nə dərəcədə önəm verdiyinin göstəricisi hesab oluna bilər. Gözləmək olar ki, bu anlaşma həmin marşrut fəaliyyətə başlayacağı ilk gündən yükdaşımaların həcminin proqnozları üstələyəcəyinə təminat verəcək. Bir sözlə, Azərbaycan iki cəbhədə paralel savaşaraq həm yeni nəqliyyat şəbəkəsinin təşəbbüskarı qismində çıxış edir, digər tərəfdən də həmin nəqliyyat dəhlizləriylə kifayət edəcək yüklərin daşınmasına indidən zəmin hazırlayır...


Hökumətdəki mənbələrdən əldə etdiyimiz son bilgilərə görə, Azərbaycan neftin qiymətinin kəskin aşağı düşməsinin psixoloji təsirlərini minimuma endirmək istiqamətində səyləri artırıb və prezident ilham Əliyev də belə bir çətin dönəmdə tərəddüd etmədən bu layihənin son tamamlanma işlərinin tezliklə başa çatması üçün 138 milyon manat vəsaitin ayrılmasına qərar verməklə əslində ikinci devalvasiyanın şokundan tezliklə çıxa biləcəyimizin anonsunu vermiş oldu. Ümid edək ki, gələn il bu layihənin açılışına şahidlik edəcəyik və iki qitəni birləşdirəcək bu yol Azərbaycanı arzusunda olduğumuz zirvələrə apara biləcək.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO