“Yaxın 3-5 ilə Orta Dəhliz ən maneəsizlərdən biri olacaq” – Taleh Ziyadov

“Yaxın 3-5 ilə Orta Dəhliz ən maneəsizlərdən biri olacaq” – Taleh Ziyadov

Hazırda oxunan: “Yaxın 3-5 ilə Orta Dəhliz ən maneəsizlərdən biri olacaq” – Taleh Ziyadov

106365

Orta Dəhliz (Trans Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu) yaxın 3-5 ilə ən maneəsiz və operativ dəhlizlərdən biri olacaq.

Bizim.Media xəbər verir ki, bunu “Bakı Beynəlxalq Dəniz Ticarəti Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda Bakıda keçirilmiş beynəlxalq konfransda deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Türkiyədən Mərkəzi Asiyaya yük daşımalarında Azərbaycanın payı 50%-ə çatdırılacaq


Onun sözlərinə görə, fevraldan etibarən geosiyasi vəziyyət dəyişib və hətta bu gün də dəyişir. T.Ziyadov hesab edir ki, Orta Dəhlizə maraq artıb.

“Şimal dəhlizindən istifadə etmək istəməyən şirkətlər Orta Dəhlizə yönəlirlər. İnfrastruktur rəqabət üçün yaradılmır, istifadə edilmək üçün yaradılır. Hətta fevraldan əvvəl biz başa düşdük ki, bizim dəhliz Rusiya dəhlizinə rəqib deyil.

Koronavirus pandemiyası dövründə dəhlizlər fəaliyyət göstərmirdi. Lakin bizim dəhliz hətta koronavirus pandemiyası dövründə də çalışırdı. Pandemiya dövründə bizim dəhliz Mərkəzi Asiyaya əsas və yeganə qapı idi" – deyə T.Ziyadov vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO