"Real Madrid" yeni mövsümə qalibiyyətlə başladı

Hazırda oxunan: "Real Madrid" yeni mövsümə qalibiyyətlə başladı

88555

Futbol üzrə İspaniya La Liqasında ötən mövsümün çempionu "Real Madrid" klubu yeni mövsümə qalibiyyətlə başlayıb.

Bizim.Media xəbər verir ki, son çempion 2022-2023 mövsümünün ilk oyununda La Liqaya yeni yüksələn “Almeriya” ilə qarşılaşıb.

Matçın 6-cı dəqiqəsində ev sahibləri Large Ramazaninin atdığı qolla ilk hissəni 1:0 öndə bitirib.

İkinci hissədə hücum oyunu sərgiləyən “Real Madrid” Lukas Vaskezin (65) və David Alabanın (71) qolları ilə hesabda önə keçib. Bununla da "Kral klubu" mövsümə 3 xalla start verib.

“Barselona” klubu isə mövsümə heç-heçə ilə başlayıb. Doxsan dəqiqə ərzində qapılara qol vurulmayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO