"Neftçi" - "Rapid" matçının biletləri satışa çıxarıldı

Hazırda oxunan: "Neftçi" - "Rapid" matçının biletləri satışa çıxarıldı

86488

"Neftçi"nin Bakıda Avstriyanın "Rapid" (Vyana) klubuna qarşı keçirəcəyi UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununun biletləri “Bakcell Arena” stadionunun kassalarında satışa çıxarılıb.

Paytaxt təmsilçisindən Bizim.Media-ya verilən məlumata görə, biletlərin qiyməti 2 AZN (1A, 2A, 4A, 5A, 1B, 2B), 5 AZN (3B) və 10 AZN (VİP, 3A) təşkil edir.

Biletlərin satışı “Iticket.az”ın məntəqələrində, həmçinin onlayn şəkildə də davam edir. İndiyədək təqribən 2 200 bilet satılıb.

Qeyd edək ki, avqustun 4-də "Bakcell Arena"da baş tutacaq "Neftçi" - "Rapid" matçı saat 21:00-da start götürəcək. Cavab qarşılaşması avqustun 11-də Vyanada olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO