Azərbaycan Minifutbol Federasiyasının (AMF) dəvəti ilə ölkəmizə səfər edən Dünya Minifutbol Federasiyasının (WMF) prezidenti Filip Juda, qurumun vitse-prezidenti Peter Kralik və Avropa Minifutbol Federasiyasının (EMF) rəhbəri Borislav Aleksandrov Bakıda yerləşən bir neçə idman kompleksləri ilə tanış olublar.
AMF-in Mətbuat Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, Milli Gimnasitka Arenası, Sport Plaza Hotel & Apartments, “Heydər Əliyev adına İdman Konsert-Kompleksi, Bakı Kristal Zalı və Su İdman Sarayını ziyarət edən qonaqlar paytaxtın idman infrastukturunu yüksək qiymətləndiriblər.
MÖVZU İLƏ BAĞLI:
Minifutbol üzrə Avropa çempionatı Azərbaycanda keçirilə bilər
Sözügedən idman qurğularına məsul şəxslər bu komplekslərdə təşkil olunmuş irimiqyaslı yarışlarla bağlı səfər edən nümayəndə heyətinə geniş məlumat veriblər.
AVRO-2024-ün Bakıda təşkil edilməsi üçün kifayət qədər idman qurğularının mövcudluğunu vurğulayan WMF və EMF rəhbərliyi paytaxtın qitə çempionatına ev sahibliyi şansını yüksək dəyərləndiriblər.
Sonda qonaqlar Avropa çempionatına ev sahibliyi hüququnun Bakıya həvalə ediləcəyi təqdirdə tədbirin mötəbər səviyyədə keçiriləcəyinə inandıqlarını ifadə ediblər
Bizim.Media