Millimizin liderlərindən Elvin Məmişzadə mübarizəyə 1/8 final mərhələsindən qoşulub
Avropa çempionumuzun rəqibi əvvəlki döyüşündə Belarus təmsilçisi İvan Fiqurenkaya qalib gələn Mayls Kesi (İrlandiya) olub. 23 yaşlı boksçumuz ilk görüşündə özünü yaxşı tərəfdən göstərib.
Hər 3 raunda inamlı təsir bağışlayan Elvin ciddi çətinlik çəkmədən mərhələ adlayıb ”“ 3:0 (29:27; 30:25; 29:28).



































































































