Millimizin Avropa Çempionatı üçün HEYƏTİ

Millimizin Avropa Çempionatı üçün HEYƏTİ

Hazırda oxunan: Millimizin Avropa Çempionatı üçün HEYƏTİ
81684
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İtaliyanın paytaxtı Romada güləş üzrə U-20 Avropa çempionatı davam edir.

Bizim.Media Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə istinadla xəbər verir ki, qitə birinciliyinin sonuncu 3 günündə sərbəst güləşçilər mübarizə aparacaqlar.

Böyük məşqçi Cəbrayıl Həsənov, məşqçilər Rövşən Hacıyev və Əşrəf Əliyevin rəhbərliyi altında Nurəddin Novruzov (57 kq), Ramik Heybətov (61 kq), Əbülfəz Nəsirov (65 kq), Sabir Cəfərov (70 kq), Cəbrayıl Qadjiyev (74 kq), Səbuhi Əmiraslanov (79 kq), Fərid Cabbarov (86 kq), Abdulcəlil Şabanov (92 kq), Varis Mehdizadə (97 kq) və Aslan Abakarov (125 kq) ölkəmizi yarışda təmsil edəcəklər.

Səfər ərəfəsində Azərbaycan Güləş Federasiyasının İcraiyyə Komitəsinin üzvü Namiq Abdullayev, baş katib Nəsimi Musayev, baş katibin müavini Orxan Məmmədov, Əməkdar bədən tərbiyəsi və idman xadimi Elçin Cəfərov millimizin üzvləri ilə görüşərək onlara uğurlar arzulayıblar.
Qeyd edək ki, Avropa çempionatının proqramına əsasən, iyunun 30-da bütün çəki dərəcələri üzrə püşkatma mərasimi keçiriləcək. İyulun 1-də 57, 65, 70, 79 və 97 kiloqram çəki dərəcələrində yer alan sərbəst güləşçilər xalçaya çıxacaqlar. Növbəti gün digər çəki dərəcələrindəki pəhləvanlar mübarizəyə qoşulacaqlar.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO