Mariya Stadnikdən möhtəşəm qələbə  - Canlı yayım

Mariya Stadnikdən möhtəşəm qələbə - Canlı yayım

Hazırda oxunan: Mariya Stadnikdən möhtəşəm qələbə - Canlı yayım

81618
Bu gün Avropa Oyunlarında qadınlar arasında sərbəst üsuldə güləş yarışlarına start verilir.
 
Moderator.az xəbər verir ki, xanım güləşçilər bu gün 4 çəki dərəcəsində mübarizə aparacaq.
 
48 kq
 
Mariya Stadnik sərbəst üsulla güləşdə Portuqaliya nümayəndəsi Liliana Kosta Dos Santosla görüşəcək. İdmançımız saat 10:21-də döşək üzərinə çıxacaq.
 
55 kq
 
Natalya Sinişin İtaliyadan Patrisia Luizzi ilə 1/8 finalda üzləşəcək. Görüş saat 10:00-da başlayacaq.
 
60 kq
 
Yuliya Ratkeviç 60 kq çəki dərəcəsində Bolqarıstandan Talbe Yusinlə görüşəcək. Güləşçilər xalça üzərinə saat 10:14-də çıxacaq.
 
69 kq
 
Nadia Muşka isə 69 kq çəki dərəcəsində Rusiyadan Natalya Vorobyova ilə görüşəcək. Görüş 10:49-da başlayacaq.
 
10:04
 
Sərbəst güləş üzrə 55 kq çəki dərəcəsində çıxış edən Natalya Sinişin italiyalı Patrisia Luizzə 4-0 qalib gələrək 1/4 finala yüksəlib.
 
10:11
 
Sərbəst güləş üzrə 60 kq çəki dərəcəsində çıxış edən Yuliya Ratkeviç Bolqarıstandan Talbe Yusinlə görüşür. 
 
10:17
 
Güləşçimiz rəqibinə 4-1 məğlub olub.
 
***
Sərbəst güləş üzrə 48 kq çəki dərəcəsində çıxış edən Mariya Stadnik Portuqaliya nümayəndəsi Liliana Kosta Dos Santosla qarşılaşır.
 
10:20
 
Güləşçimiz rəqibini 4-1 məğlub edərək növbəti mərhələyə adlayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO