13-cü medalı qazandıq

13-cü medalı qazandıq

Hazırda oxunan: 13-cü medalı qazandıq

81584
Yunan-Roma güləşi üzrə Azərbaycan millisinin üzvü Sabah Şəriəti (130 kq) Bakı-2015 I Avropa Oyunlarının gümüş medalına sahib çıxıb.

Komandamızın ən ağır çəkili güləşçisi Sabah Şəriəti finalda türkiyəli Riza Kayaalpla görüşüb. Şəriəti əvvəlki uğurlarının davamını gətirə bilməyib və gümüş medalla kifayətlənib. Bu, klassiklərimizin 6-cı, yığmamızın 13-cü mükafatı olub.

Qeyd edək ki, idmançımız 1/8 finalda Mikola Kuçminə (Ukrayna) 8:0 hesabı ilə qalib gələrək, 1/4 finala yüksəlib. O, yarımfinala vəsiqə uğrunda Yakobi Kajaya (Gürcüstan) qüvvəsini sınayıb və yenə qələbəyə sevinib - 5:2. Şəriəti finala gedən yolda İosib Çuqoşvilini (Belarus) 5:0 qalib gəlib.

Bununla da Azərbayan yunan-Roma güləşçiləri Oyunları 2 qızıl, 2 gümüş, 2 bürünc medalla başa vurublar. Ümumilikdə isə bu, təşkilatçı ölkənin aktivinə yazılan 13-cü medal olub. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO