Qılıncoynatma üzrə Azərbaycan çempionatı başladı

Qılıncoynatma üzrə Azərbaycan çempionatı başladı

Hazırda oxunan: Qılıncoynatma üzrə Azərbaycan çempionatı başladı
77464
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ötən gün  qılıncoynatma üzrə Azərbaycan çempionatına start verilib.

Bizim.Media Azərbaycan Qılıncoynatma Federasiyasına istinadən xəbər verir ki, yarışın açılış mərasimindən sonra sablya növü üzrə qaliblər müəyyənləşib.

Kişilərin mübarizəsində Murad Əkbərov qızıl, Maqsud Hüseynli gümüş, Nahid Məmmədli və Saleh Məmmədov bürünc medal qazanıblar.

Qadınların yarışında Valeriya Bolşakova fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Sevik Bünyatova gümüş, Anna Başta və Palina Kaspiaroviç bürünc medala sahib çıxıblar. Qılıncoynatma üzrə Azərbaycan çempionatına bu gün yekun vurulacaq. Son yarış günündə şpaqa növü üzrə kişi və qadınlar arasında qaliblər müəyyənləşəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO