
- A-
- A
- A+
Kəpəz” Gəncədə “Qarabağ”dan xal aldı
Futbol üzrə Azərbaycan Premyer Liqasında XII tura yekun vurulub.
Bizim.Media xəbər verir ki, günün son matçında “Kəpəz” “Qarabağ”ı qəbul edib.
Gəncə Stadionunda keçirilən görüş qolsuz heç-heçə ilə başa çatıb – 0:0.
Ağdam klubu 20 xalla dördüncü, ev sahibləri isə 18 xalla altıncı yerdədir.
Günün ilk matçında “Neftçi” Şamaxı şəhər stadionunda “Araz-Naxçıvan”ın qonağı olub. Görüş Bakı təmsilçisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Qustavo Klisman dubl edib. Digər qolu isə Draqolyub Saviç vurub. Qonaqların heyətində Rüfət Abbasov avtoqol müəllifi olub.
Paytaxt klubu 27 xalla birinci yerdədir. Naxçıvan təmsilçisi 4 xalla sonuncu – 12-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, turun əvvəlki oyunlarında “Sabah” “Sumqayıt”a 5:1, “Turan Tovuz” “Şamaxı”ya, “Qəbələ” “Şəfa”ya 2:0 hesabı ilə qalib gəlib, “Zirə” isə “İmişli” ilə heç-heçə edib – 2:2.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




























































































