Maks Ferstappen Sinqapur Qran-prisinin qalibi oldu

Maks Ferstappen Sinqapur Qran-prisinin qalibi oldu

Hazırda oxunan: Maks Ferstappen Sinqapur Qran-prisinin qalibi oldu
641645
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Red Bull" komandasının niderlandlı pilotu Maks Ferstappen "Formula-1" üzrə dünya çempionatının 2026-cı il mövsümünün 17-ci mərhələsi olan Sinqapur Qran-prisinin qalibi olub.

Bizim.Media  xəbər verir ki, ikinci yeri "Ferrari" komandasının monakolu pilotu Şarl Lekler tutub. "Mercedes"in italiyalı sürücüsü Kimi Antonelli isə yarışı üçüncü pillədə başa vurub.

Bununla Ferstappen ardıcıl ikinci qələbəsini qazanıb. Dördqat dünya çempionu karyerasında ilk dəfə Sinqapur Qran-prisində qalib gəlib.
 

Ümumi sıralamaya 340 xalla Kimi Antonelli başçılıq edir. "Mercedes"in britaniyalı pilotu Corc Rassell 238 xalla ikinci, "Ferrari"nin britaniyalı sürücüsü Lyuis Hemilton isə 229 xalla üçüncü yerdədir.


Konstruktorlar kubokunda "Mercedes" 578 xalla liderdir. "Ferrari" 444 xalla ikinci, "McLaren" isə 339 xalla üçüncü pillədə qərarlaşıb. Dünya çempionatının növbəti mərhələsi olan ABŞ Qran-prisi oktyabrın 23-dən 25-dək Texas ştatının Ostin şəhərində keçiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO