Avropa çempionatı: Azərbaycanın voleybol millisi bu gün İspaniya ilə üz-üzə gələcək

Avropa çempionatı: Azərbaycanın voleybol millisi bu gün İspaniya ilə üz-üzə gələcək

Hazırda oxunan: Avropa çempionatı: Azərbaycanın voleybol millisi bu gün İspaniya ilə üz-üzə gələcək

632569

Bu gün Bakıda qadın voleybolçular arasında Avropa çempionatının C qrupunun növbəti oyunları keçiriləcək.

Bizim.Media xəbər verir ki, Azərbaycan millisi II turda İspaniya seçməsi ilə üz-üzə gələcək.

Milli Gimnastika Arenasındakı qarşılaşma saat 18:30-da start götürəcək.

Qrupun digər matçında Portuqaliya və Belçika yığmaları münasibətlərə aydınlıq gətirəcəklər. Bu görüş saat 15:30-da başlayacaq.

Xatırladaq ki, C qrupunun oyunları avqustun 28-nə qədər Bakıda keçiriləcək. İlk turdan sonra Azərbaycan millisi 3 xalla qrup lideridir.

Niderland və Belçikanın 2, Rumıniya ilə İspaniyanın 1 xalı var. Hələlik xalı olmayan Portuqaliya sonuncu-altıncı sıradadır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO