Qusarda kəndlərarası voleybol çempionatı keçirildi - FOTO

Qusarda kəndlərarası voleybol çempionatı keçirildi - FOTO

Hazırda oxunan: Qusarda kəndlərarası voleybol çempionatı keçirildi - FOTO
631424
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Qusarda keçirilən kəndlərarası voleybol çempionatı gərgin idman mübarizəsi və coşqun azarkeş kütləsi ilə yadda qalıb.

Bizim.Media xəbər verir ki, kənd komandalarının qarşılaşmalarında əsl Çempionlar Liqası ab-havası hökm sürüb. Hər oyunu stadiondan təxminən 2 mindən çox azarkeş canlı izləyib.
 

Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunan turnir Qusar Rayon İcra Hakimiyyətinin dəstəyi, Qusar rayonu üzrə Gənclər və İdman sektoru və İmamqulukənd bələdiyyəsinin birgə təşkilatçılığı ilə baş tutub.


İmamqulukənd kənd voleybol meydançasında təşkil olunan turnirin bürünc medal uğrunda qarşılaşmasında “SDK Samur” və “Köhnə Xudat” komandaları üz-üzə gəlib. Daha yaxşı oyun nümayiş etdirən “Köhnə Xudat” kollektivi turniri üçüncü yerdə başa vurub.

Finalda “Mucuqoba” komandasını ardıcıl üç setdə məğlub edən “İmamqulukənd” voleybolçuları isə turnirin qızıl medalını qazanıb. Qalib komandalara diplom və medallar, çempiona isə yarışın kuboku təqdim olunub.

Qusarda kəndlərarası voleybol çempionatı keçirildi - FOTO - foto 1
Qusarda kəndlərarası voleybol çempionatı keçirildi - FOTO - foto 2
Qusarda kəndlərarası voleybol çempionatı keçirildi - FOTO - foto 3
Qusarda kəndlərarası voleybol çempionatı keçirildi - FOTO - foto 4
Qusarda kəndlərarası voleybol çempionatı keçirildi - FOTO - foto 5
Qusarda kəndlərarası voleybol çempionatı keçirildi - FOTO - foto 6
Qusarda kəndlərarası voleybol çempionatı keçirildi - FOTO - foto 7
Qusarda kəndlərarası voleybol çempionatı keçirildi - FOTO - foto 8
Qusarda kəndlərarası voleybol çempionatı keçirildi - FOTO - foto 9
Qusarda kəndlərarası voleybol çempionatı keçirildi - FOTO - foto 10
Qusarda kəndlərarası voleybol çempionatı keçirildi - FOTO - foto 11
Qusarda kəndlərarası voleybol çempionatı keçirildi - FOTO - foto 12
Qusarda kəndlərarası voleybol çempionatı keçirildi - FOTO - foto 13


Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO