“Qarabağ”- “Vestri” oyunundan əvvəl fan zona təşkil olunacaq

“Qarabağ”- “Vestri” oyunundan əvvəl fan zona təşkil olunacaq

Hazırda oxunan: “Qarabağ”- “Vestri” oyunundan əvvəl fan zona təşkil olunacaq

624087

Avropa Liqasının birinci təsnifat oyununda “Qarabağ” “Vestri" ilə qarşıya-qarşıya gələcək.

Bizim.Media xəbər verir ki, qarşılaşmadan öncə azarkeşlər üçün “Azərsun Holdinq”in təşkilatçılığı ilə xüsusi fan zona yaradılacaq.

Fan zonada əyləncəli proqram 9 iyul 18:00-dan başlayacaq. Proqram çərçivəsində müxtəlif oyunlar, Dj performansı və digər əyləncələr azarkeşlərin ixtiyarında olacaq.

Eyni zamanda holdinqə aid “Azerçay”, “Joyzz”, “Zeytun Bağları”, “Bizim Süfrə”, “Azərsüd”, “Shokki Mokki”, “Bizim Tarla” markaları gələn qonaqlara öz məhsullarını ikram edəcəklər.

Qeyd edək ki, “Qarabağ” futbol klubu 2001-ci ildə “Azərsun Holdinq” tərəfindən himayəyə götürülüb və geridə qalan illər ərzində mühüm uğurlar qazanaraq Azərbaycan idman tarixinə adını qızıl hərflərlə yazdırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO