Ronaldo dünya və Avropa çempionatlarında 10 oyundur qol vura bilmir

Ronaldo dünya və Avropa çempionatlarında 10 oyundur qol vura bilmir

Hazırda oxunan: Ronaldo dünya və Avropa çempionatlarında 10 oyundur qol vura bilmir

620003

Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo dünya və Avropa çempionatlarının final mərhələlərində qolsuz oyunlar seriyasını davam etdirib.

Bizim.Media xəbər verir ki, ötən gecə dünya çempionatının qrup mərhələsində Konqo Demokratik Respublikası ilə keçirilən oyunda meydana start heyətində çıxan və 90 dəqiqə oynayan təcrübəli futbolçu hesabı aça bilməyib.
 

Bununla da Ronaldo dünya və Avropa çempionatlarının final mərhələlərində ardıcıl 10-cu oyununu qolsuz başa vurub. Onun son qolu 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatında Qana millisinə qarşı matçda qeydə alınıb.


Portuqaliyalı futbolçu həmin turnirdə Uruqvay, Cənubi Koreya, İsveçrə və Mərakeşlə qarşılaşmalarda fərqlənə bilməyib. O, həmçinin Almaniyada təşkil olunan son Avropa çempionatında Çexiya, Türkiyə, Gürcüstan, Sloveniya və Fransa ilə görüşlərdə də qol vurmayıb.

Buna baxmayaraq, Ronaldo hələ də Portuqaliya millisinin əsas hücumçusu hesab olunur. 41 yaşlı futbolçu yığmanın heyətində keçirdiyi 229 oyunda 143 qola imza atıb. O, Avropa çempionatlarında 14, dünya çempionatlarında isə 8 qol vurub.

Portuqaliya millisi dünya çempionatının K qrupunda növbəti görüşlərini iyunun 23-də Özbəkistan, 28-də isə Kolumbiyaya qarşı keçirəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO