Futbol üzrə 2026-cı il dünya çempionatının təşkilatçıları turnirin startına cəmi iki gün qalmış iranlı azarkeşlər üçün nəzərdə tutulmuş bilet kvotasını geri çağırıblar (ləğv ediblər).
Bizim.Media xəbər verir ki, bu barədə İran Futbol Federasiyası məlumat yayıb.
Qurumun rəsmi bəyanatı "Reuters" agentliyinin portalında dərc olunub.
"Bu qərar, rəsmi şəkildə elan olunmuş prosedurlara güvənərək oyunları canlı izləmək üçün artıq bütün lazımi planlarını quran çoxsaylı iranlı futbolsevərlərə rəğmən qəbul edilib", - deyə bəyanatda vurğulanıb.
Qeyd edək ki, İran yığması dünya çempionatının qrup mərhələsində Kaliforniyanın İnqlvud şəhərində Yeni Zelandiya və Belçika ilə, daha sonra isə Sietldə Misir millisi ilə qarşılaşmalıdır.
Bizim.Media




































































































