"Neftçi"nin müdafiəçisi 90 dəqiqə oynayıb, "Qarabağ" və "Sabah"ın futbolçuları ehtiyatda qalıblar

Hazırda oxunan: "Neftçi"nin müdafiəçisi 90 dəqiqə oynayıb, "Qarabağ" və "Sabah"ın futbolçuları ehtiyatda qalıblar

617430

Gürcüstan millisi AVRO-2024-ün seçmə mərhələsinə ilə başlayıb.

Villi Sanyolun baş məşqçi olduğu kollektiv A qrupunun ilk turunda Norveçi qəbul edib. Görüş 1:1 hesablı bərabərliklə ilə başa çatıb.

İlk qolu qonaqlar vurublar. Aleksandr Sörlot 15-ci dəqiqədə rəqib qapısına yol tapıb. 61-ci dəqiqədə isə meydan sahibləri Jorj Mikautadzenin vurduğu qolla məğlubiyyətdən qaçıblar.

Meydana start heyətində çıxan "Neftçi"nin gürcüstanlı müdafiəçisi Solomon Kverkveliya sonadək əvəzlənmədən oynayıb. "Qarabağ"ın qapıçısı Luka Quqeşaşvili və "Sabah"ın hücumçusu Davit Volkov isə ehtiyatda qalıb.

Qeyd edək ki, hazırda Gürcüstan yığması 1 xalla 4-cü pillədə qərarlaşıb. 2 oyundan sonra eyni xalı olan Norveç isə 3-cü sırada yer alıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO