Avstriyalı futbolçu: “Azərbaycan yığması ilə oyunda debüt etməyi səbirsizliklə gözləyirəm”

Avstriyalı futbolçu: “Azərbaycan yığması ilə oyunda debüt etməyi səbirsizliklə gözləyirəm”

Hazırda oxunan: Avstriyalı futbolçu: “Azərbaycan yığması ilə oyunda debüt etməyi səbirsizliklə gözləyirəm”

614456
“Avstriyanın əsas millisində yer aldığıma görə fəxr edirəm və Azərbaycan yığması ilə oyunda debüt etməyi səbirsizliklə gözləyirəm”.
 
Bunu Avstriya millisinin futbolçusu Conas Oyer “Noen” nəşrinə müsahibəsində AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan seçməsinə qarşı keçiriləcək ilk oyun barədə danışarkən deyib.
 
İlk dəfə əsas komandaya çağırılan 23 yaşlı sol cinah müdafiəçisi meydana çıxmaq istədiyini gizlətməyib: “Aşağı yaş qrupu yığmalarında oynadığım zaman həmişə xoşbəxt olmuşam. Amma əsas millinin düşərgəsində olmaq fərqli hissdir. Düşünürəm ki, məşqlərdə özümü yaxşı tərəfdən göstərə bilsəm, qarşıdakı matçlarda baş məşqçi mənə şans verəcək. Fikrimcə, şansım olacaq. Bundan da istifadə etməliyəm”. /Report/
 
Qeyd edək ki, martın 24-də Linzdəki “Raiffeisen Arena”da keçiriləcək Avstriya – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO