Güləşçimiz dünya çempionu oldu, millimiz rekorda İMZA ATDI - FOTO

Güləşçimiz dünya çempionu oldu, millimiz rekorda İMZA ATDI - FOTO

Hazırda oxunan: Güləşçimiz dünya çempionu oldu, millimiz rekorda İMZA ATDI - FOTO
576719
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Serbiyanın Novi Sad şəhərində U-23 dünya çempionatı davam edir.

Bizim.Media xəbər verir ki, Azərbaycanın daha 2 güləşçisi fəxri kürsüyə qalxıb.
 

Elmir Əliyev (55 kiloqram) finalda rusiyalı Alibek Amirovla qarşılaşıb. Güləşçimiz U-23 Avropa çempionatının yarımfinalında məğlub olduğu rəqibindən revanş alıb – 3:2. Beləliklə, Elmir karyerasında ilk dəfə dünya çempionu olub.


Növbəti qələbə isə Ruslan Nurullayevdən (72 kiloqram) gəlib. Təsəlliverici görüşdə ukraynalı Oleq Xəlilovu 3:1 hesabı ilə üstələyən güləşçimiz bürünc medal uğrunda qarşılaşmada isə ermənistanlı Qaspar Terteryana eyni hesabla qalib gəlib.

Yunan-Roma güləşi üzrə yarışın bitməsinə bir gün qalmış komandamız medalların əyarına görə yeni rekorda imza atıb.

Belə ki, millimiz ilk dəfə U-23 dünya çempionatında 2 qızıl medal qazanıb. Xatırladaq ki, ötən gün Ziya Babaşov (63 kiloqram) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, mundiala oktyabrın 27-də yekun vurulacaq.

Güləşçimiz dünya çempionu oldu, millimiz rekorda İMZA ATDI - FOTO - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO