İdmançılarımız Serbiyada qızıl və bürünc medal qazandılar - FOTO

İdmançılarımız Serbiyada qızıl və bürünc medal qazandılar - FOTO

Hazırda oxunan: İdmançılarımız Serbiyada qızıl və bürünc medal qazandılar - FOTO
256101
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycanın yeniyetmə badmintonçuları 27 ölkənin təmsil olunduğu “Serbian Youth International – Novi Sad 2025” beynəlxalq turnirində qızıl və bürünc medal qazanıblar.

Federasiyadan Bizim.Media-ya bildirilib ki, 13 yaşadək yeniyetmə oğlanların şəxsi yarışında “G” qrupunda mübarizə aparan Ömər Mehdi Türkiyə və Macarıstandan olan rəqiblərinə qalib gələrək pley-offa yüksəlib. Bu mərhələdə Türkiyə, Rumıniya və Bolqarıstanı təmsil edən badmintonçuları məğlub edən Ömər Mehdi turnirin qızıl medalını qazanıb.

15 yaşadək badmintonçuların qarışıq qoşa yarışında Fərəc Kərimli – Aysel Kazımova tandemi bürünc medal qazanıb. Yeniyetmə badmintonçularımız yarımfinal mərhələsinə kimi İsrail, Serbiya və Türkiyəni təmsil edən rəqiblərinə qalib gəliblər. Fərəc Kərimli və Aysel Kazımova finala yüksəlmək uğrunda keçirilən görüşdə Macarıstan badmintonçularına uduzublar. Eyni kateqoriyada yarışan Ömər Teymurlu-Qəndab Niftalızadə qoşası 1/4 finala kimi irəliləsə də, medalın bir addımlığında Türkiyə badmintonçularına məğlub olub.

13 yaşadək qız badmintonçuların qoşa kateqoriyasında Dəniz Əhmədli-Fatimə İsmayılova yarımfinal uğrunda keçirilən qarşılaşmada serb rəqiblərinə uduzub.

Serbiyanın Novi-Sad şəhərində keçirilən beynəlxalq turnirdə 27 ölkədən 255 badmintonçu 5 kateqoriya üzrə mübarizə aparıb.

Qeyd edək ki, yeniyetmə badmintonçularımız hər il Novi-Sad şəhərində keçirilən “Serbian Youth International” turnirində mütəmadi olaraq iştirak edir.

İdmançılarımız Serbiyada qızıl və bürünc medal qazandılar - FOTO - foto 1
İdmançılarımız Serbiyada qızıl və bürünc medal qazandılar - FOTO - foto 2
İdmançılarımız Serbiyada qızıl və bürünc medal qazandılar - FOTO - foto 3


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO