İngiltərədə daha bir klubun Azərbaycan millisinin futbolçusu Mahir Emreli ilə maraqlandığı bildirilir.
Bizim.Media xəbər verir ki, bu, hazırda "Championship" divizionunda çıxış edən "Derbi Kaunti"dir.
1972 və 1975-ci illərdə İngiltərə çempionu olmuş komanda 27 yaşlı hücumçunu yaxından izləyir.
Qeyd edək ki, daha əvvəl "Championship"dən "Hall Siti"nin Emreliyə təklif göndərdiyi barədə məlumat yayılmışdı. Ötən mövsümü II Bundesliqada "Nürnberq"də keçirən azərbaycanlı forvardın Almaniyada qalmağı düşündüyü bildirilir. Onun yaxın həftələr ərzində gələcək karyerası ilə bağlı qərar verəcəyi gözlənilir.
Bizim.Media

- A-
- A
- A+
İdman
15:25 / 10.06.2025
İngiltərənin bu klubu Mahir Emreli ilə MARAQLANIR
Hazırda oxunan: İngiltərənin bu klubu Mahir Emreli ilə MARAQLANIR
Hazırda oxunan: İngiltərənin bu klubu Mahir Emreli ilə MARAQLANIR
253967
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.