Türkiyənin "Beşiktaş" klubu növbəti mövsümün planlarını qurmağa başlayıb.
Bizim.Media xəbər verir ki, Super Liqa klubu heyətdəki bəzi oyunçularla yollarını ayırmağı planlaşdırır. Bu barədə "Sabah" nəşri məlumat yayıb.
"Qara qartallar" Ciro İmmobiledən sonra Joao Mario və Aleks Oksleyd-Çemberleyni də 2025/2026 mövsümü üçün heyətdə düşünmür. "Beşiktaş" bu futbolçularla yollarını ayırıb onların yüksək maaşlarından qurtulmaq istəyir.
Qeyd edək ki, Aleks Oksleyd-Çemberleyn 2023-cü ilin yayından "Beşiktaş"da çıxış edir. Joao Mario isə mövsümün əvvəlində "ağ-qaralar"a qoşulub.
Rəşad Rafiqoğlu, Bizim.Media

- A-
- A
- A+
İdman
23:58 / 17.04.2025
Bu futbolçular “Beşiktaş”dan GEDƏCƏK
Hazırda oxunan: Bu futbolçular “Beşiktaş”dan GEDƏCƏK
Hazırda oxunan: Bu futbolçular “Beşiktaş”dan GEDƏCƏK
244751
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.