Yamal Neymara QARŞI ÇIXDI

Yamal Neymara QARŞI ÇIXDI

Hazırda oxunan: Yamal Neymara QARŞI ÇIXDI

238355

"Barselona"nın futbolçusu Lamin Yamal klubun sabiq oyuçusu, hazırda "Santos"da çıxış edən Neymarı geri qaytarmağını istəmir.

Bizim.Media xəbər verir ki, bu barədə "El Nacional" məlumat yayıb.

Kataloniya klubunun bəzi futbolçuları Neymarın transferinə qarşı çıxıblar. Ulduz cinah oyunçusu Lamin Yamal braziliyalını klubda görmək istəmir.

O, Neymarın transferinin komandadakı harmoniyaya və komandanın nəticələrinə mənfi təsir edəcəyini düşünür. Ümumiyyətlə, "Barsalona"nın bir sıra oyunçuları Neymarın Flikin sisteminə uyğunlaşa bilməyəcəyinə inanırlar.

Daha əvvəl mətbuatda “Barselona”nın Neymarın qayıtması üçün şərt qoyduğunu bildirilmişdi. Kataloniya klubu Neymarın yaya qədər ən azı 15 qol vurmasını istəyir. Bu, onun zədədən sonra yenidən yüksək formada olduğunu təsdiq edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO