Qurban Qurbanov: “Üç xala yaxın idik, iki dəqiqə içərisində hesab dəyişdi”

Qurban Qurbanov: “Üç xala yaxın idik, iki dəqiqə içərisində hesab dəyişdi”

Hazırda oxunan: Qurban Qurbanov: “Üç xala yaxın idik, iki dəqiqə içərisində hesab dəyişdi”
231848
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“İstəməzdik ki, məğlub olaq”.

Bizim.Media xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının XX turunda "Turan Tovuz"a 1:2 hesabı ilə məğlub olduqları oyundan sonra təşkil olunan mətbuat konfransında deyib.

O bildirib ki, futbolçuları 90 dəqiqə ərzində üstün mübarizə aparıblar: "Lakin futbolun belə acı tərəfləri olur. Daha hazırlıqlı olmaq lazımdır. Çempion olmaq çətindir. Bir neçə oyunda da xal itirsək, hər şey əldən gedə bilər. Arxayınlaşmaq olmaz. Üç xala yaxın idik, iki dəqiqə içərisində hesab dəyişdi".

Baş məşqçinin sözlərinə görə, 20 gün öncə iki futbolçu ilə danışıqlar olub: "Danışıq oldu, lakin məsələ orada da qaldı. Transfer xətrinə futbolçu gətirmək istəmirik".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO