Renat Dadaşov fərqləndi, komandası qalib gəldi

Renat Dadaşov fərqləndi, komandası qalib gəldi

Hazırda oxunan: Renat Dadaşov fərqləndi, komandası qalib gəldi

209540

Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun şərəfini qoruduğu "Ankaragücü" klubu doğma meydanda "İstanbulspor"u məğlub edib.

Bizim.Media  xəbər verir ki, hesabı 39-cu dəqiqədə açan Renat Dadaşov komandasını irəli çıxarıb. Məğlubiyyətlə barışmayan qonaqlar fasilədən sonra hesabı bərabərləşdiriblər.

Muammer Sarıkaya 68-ci dəqiqədə bərabərlik qolunu vurub - 1:1.

Görüşün sonlarına doğru aktivliyini artıran "Ankaragücü" futbolçuları qələbə qolunu vurublar.

Ekfan Bekiroğlu 89-cu dəqiqədə görüşdə son nöqtəni qoyub - 2:1.

Qeyd edək ki, altı xalı olan "Ankaragücü" hazırda yeddinci pillədə qərarlaşıb.

"İstanbulspor" isə doqquz xalla turnir cədvəlinin vahid lideridir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO