“Qarabağ” hərtərəfli Avropa komandasıdır" - "Ludoqorets"in baş məşqçisi

“Qarabağ” hərtərəfli Avropa komandasıdır" - "Ludoqorets"in baş məşqçisi

Hazırda oxunan: “Qarabağ” hərtərəfli Avropa komandasıdır" - "Ludoqorets"in baş məşqçisi

206331

"Qətiyyətlə deyə bilərəm ki, "Qarabağ” çox böyük beynəlxalq təcrübəyə malik komandadır. Biz isə geniş heyətə malikik. Hərçənd ki, Bernard Tekbetey xoşagəlməz zədə alıb".

Bizim.Media xəbər verir ki, bu sözləri "Ludoqorets"in (Bolqarıstan) baş məşqçisi Georgi Dermenciyev UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin "Qarabağ"la cavab matçı üçün keçirilən mətbuat konfransında deyib.

O, komandasının "Qarabağ"la oyuna yaxşı hazırlaşdığını bildirib: "Qarabağ"la səfər matçında futbolçularımı tanıdım. Onlar heç nəyə görə narahat deyillər və hər oyunda qol vururlar. Bu, bizim üçün son dərəcə vacib, eyni zamanda çox çətin oyundur. Futbolçuların vəziyyəti yaxşıdır.

Qarşılaşmaları bir-bir nəzərdən keçirəcəyik. "Levski" ilə oyun üçün vaxtımız var".

Baş məşqçi Ağdam klubunu və onun çalışdırıcısı Qurban Qurbanovu tərifləyib: “Qarabağ” hərtərəfli Avropa komandasıdır. Mən onların hekayəsini yaxşı bilirəm, məşqçilərini və onun işini yaxşı tanıyıram. O, böyük peşəkardır”.

Qeyd edək ki, “Ludoqorets” – “Qarabağ” matçı sabah Razqraddakı “Huvefarma Arena” stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. “Ludoqorets” Bakıda “Qarabağ”ı 2:1 hesabı ilə məğlub edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO