“Qəbələ”də YENİ MƏŞQÇİ

“Qəbələ”də YENİ MƏŞQÇİ

Hazırda oxunan: “Qəbələ”də YENİ MƏŞQÇİ
199053
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Qəbələ”nin məşqçilər korpusunda yeni təyinat gerçəkləşib. 

Bizim.Media xəbər verir ki, Amil Ağacanov “qırmızı-qaralar”ın qapıçılar üzrə məşqçisi olacaq. 

41 yaşlı mütəxəssislə 3 illik müqavilə imzalanıb. Ağacanov futbolçu karyerası ərzində “Göyəzən” (2004-05), “Şüvəlan” (2005-06, 2011-13, 2015-16), “Turan” (2006-07), “Bakı” (2007), “Masallı” (2007-08), MOİK (2008), “Standard” (2008-09), “Muğan” (2009-11), “Simurq” (2013-15) və “Zaqatala” (2016-18) klublarında çıxış edib. O, 2004-05-ci illərdə Azərbaycanın U-21 yığmasının formasını geyinib.
Karyerasını bitirdikdən sonra Naxçıvan Futbol Federasiyasında fəaliyyətə başlayan sabiq qapıçı “Araz-Naxçıvan”da da çalışıb. O, klubun qapıçılar üzrə məşqçisi olub. 

Mütəxəssis “Qəbələ”yə təyinatına qədər Azərbaycanın U-18 yığmasının məşqçilər korpusunda yer alıb. Ağacanov qapıçılar üzrə məşqçilər üçün UEFA kurslarına rəhbərlik edən yerli təlimatçılardan biri kimi fəaliyyət göstərib.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO