Yay “transfer pəncərəsi”x9dnin son günündə “Qarabağ”x9d növbəti futbolçu transferini həyata keçirib.
Moderator.az klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Yunanıstanın PAOK klubunda çıxış edən Pedro Enrike bu mövsümü icarə əsasında Azərbaycan təmsilçisinin heyətində keçirəcək.
27 yaşlı futbolçu həm sol cinah yarımmüdafiəçisi, həm də hücumçu kimi çıxış edir.
Qeyd edək ki, daha öncə İsveçrənin “Sürix”x9d klubunda da oynamış braziliyalı vinger 2016-cı ildə Fransanın “Renn”x9d klubundan PAOK-a keçib. Braziliyalı oyunçu Saloniki klubunda 23 oyunda 6 qol vurub.



































































































