“Araz-Naxçıvan” məşqləri bərpa ETDİ

“Araz-Naxçıvan” məşqləri bərpa ETDİ

Hazırda oxunan: “Araz-Naxçıvan” məşqləri bərpa ETDİ
172161
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Dekabrın 24-də “Turan Tovuz”la keçirilən oyundan sonra istirahətə yollanan “Araz-Naxçıvan” məşqlərini bərpa edib.

Bizim.Media xəbər verir ki, bu gün bir araya gələn komanda üzvləri fitnes zalında məşq edib.

“Qırmızı-ağlar” sabahdan etibarən çalışmalarını Bakı Olimpiya Stadionunun ehtiyat meydanında reallaşdıracaq.

Qeyd edək ki, toplanışın ilk mərhələsinin yekununda  – yanvarın 10-da komandamız “Zirə” ilə yoldaşlıq oyunu keçirəcək. Matçın ertəsi gün istirahət edəcək komanda yanvarın 12-də Qəbələyə yola düşəcək. 3 gün orada hazırlıq keçəcək “Araz-Naxçıvan” yanvarın 15-də rayonun eyniadlı komandası ilə üz-üzə gələcək.
Bu matçdan sonra Bakıya dönəcək “qırmızı-ağlar” 2 günlük istirahətdən sonra Misli Premyer Liqasının XIX turunda “Qarabağ”la keçirəcəyi matça hazırlaşacaq.

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO