U-21 millimiz Ukraynaya uduzdu

U-21 millimiz Ukraynaya uduzdu

Hazırda oxunan: U-21 millimiz Ukraynaya uduzdu

165517

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün Avro-2025-in seçmə mərhələsində növbəti oyununa çıxıb. 

Bizim.Media xəbər verir ki, Samir Əliyevin baş məşqçisi olduğu komanda Ukrayna yığması ilə qarşılaşıb.  

İspaniyanın Mursiya şəhərindəki “Nueva Kondomina” stadionunda keçirilən görüşdə U-21 millimiz 0:1 hesabı ilə uduzub. Oyunu Gürcüstandan olan hakimlər briqadası idarə edib.Ukrayna 15 xalla liderdir. U-21 millimiz 3 xalla beşinci pillədə qərarlaşıb. 
Yığmamız seçmə mərhələdə növbəti oyununu 2024-cü ilin martın 22-də evdə İngiltərə millisinə qarşı keçirəcək. 

Avro-2025, seçmə mərhələ 

22:00. Ukrayna - Azərbaycan - 1:0 

Qol: Volodimir Brazko, 34-pen. 

Baş hakim: İrakli Kvirikaşvili (Gürcüstan). 

İspaniya. Mursiya. “Nueva Kondomina” stadionu. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO